Brilliant oğlunun MÜDAFİƏSİNƏ QALXDI
06 iyul 2020 17:30 (UTC +04:00)

Brilliant oğlunun MÜDAFİƏSİNƏ QALXDI

Xalq artisti Brilliant Dadaşovanın oğlu Cahad Hacıyev feysbukda “Fairmont Baku” otelində karantin rejiminin pozulmasını qınayanlar haqda “Ay “işverənlər”, sizə ona görə pis təsir edir ki, sizi “Fairmont”a dəvət etməyiblər” ifadəsi bir mənalı qarşılanmayıb. Lent.az-ın məlumatına görə, müğənni bununla bağlı sosial şəbəkədə açıqlama yayıb:

"Dostlar, bütün dünyanı sarsıdan bu bəla bizim də ölkəmizi çətin vəziyyətə salıb. Hamımız stress halında yaxınlarımızı qorumağa çalışırıq. Hər gərgin məsələni zarafatla yumşaltmaq istəyən şəxslər adətən intellektual insanlardır. Söz bazlığı edib kiminsə fikrini təhrif edən bəzi insanlara təəccüb edirəm. Fairmont Otelində bir neçə vətandaşın etdiyi səhv hərəkəti zarafatyana, istehza ilə şərhləndirib paylaşdığına görə oğlum Cahadın sözləri müəyyən insanlar tərəfindən təhrif olunaraq instaqram səhifələrinə yerləşdirilib. Bu məntiqsiz fikirləri anlamaq çətindir. Mən fəxr edirəm ki, oğlum yıxılana təpik vurmaq vərdişindən uzaqdır". 

Müğənni hesab edir ki, onun oğlunu qısqanırlar. Çünki oğlu artıq 2 ildir aztəminatlı ailələrdən olan şagirdlərin, heç bir pul xərcləmədən ali məktəblərə hazırlaşmasına kömək etmək niyyətindədir: “Mənim övladım haqqında yanlış fikir formalaşdırmaq istəyirlər. Bu dövlətin qanunları var. O insanlarla vəkil danışacaq, özü də məhkəmədə".

# 6211
avatar

Yalçın UĞUR

Oxşar yazılar