"Klon"un qəhrəmanları illər sonra – FOTOLAR
06 iyul 2020 11:22 (UTC +04:00)

"Klon"un qəhrəmanları illər sonra – FOTOLAR

Bir zamanlar ailəliklə izlənilən məşhur serialın aktyorlarının fotoları hər kəsin diqqətini çəkib. Söhbət "Klon" serialından gedir. Çəkilişindən bir neçə il sonra Azərbaycanda da nümayiş olunmağa başlayan serialın qəhrəmanları qısa zamanda hər kəsin sevimlisinə çevrildi. Müxtəlif obrazlarına görə fərqlənən "Klon" bu gün də izləyicilərinin yadındadır.

Lent.az xəbər verir ki, ötən gün sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilən fotolar görənləri heyrətə salıb. Aktyorların illər öncə seiralın çəkilişləri zamanı görüntülənən fotoları ilə indiki halları qarşılaşdırılıb.

Qeyd edək ki, 2001-ci ildə Braziliyada nümayişə girən "Klon" teleserialı Şərq-Qərb fərqlilikləri, narkomaniya və insanın klonlaşdırılması kimi üç böyük mövzuyla dünyanın ən məşhur seriallarından birinə çevrildi. 2010-cu ildə Braziliyada serialın remeyki, yəni başqa aktyorlarla ikinci variantı çəkilsə də, gözlənilən uğuru əldə etmədi.

Lent.az sizə ssenarisi Qloriya Peresə, rejissor işi Jayme Monjardinə aid olan "Klon" teleserialının qəhrəmanlarının illər sonrakı fotolarını təqdim edir.

Covanni Antonelli- Hade

Murilio Benisio- Lukas,Leo

Vera Fişer- İvet

Debora Falabella- Mel

Dalton Viq- Səid

Stefani Britu- Samira

Karla Dias- Xədicə

Eliana Jiardini- Nəzirə

# 9817
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar