Bərdədə iki "VAZ" toqquşdu, 8 nəfər xəsarət aldı - FOTO
06 iyul 2020 01:00 (UTC +04:00)

Bərdədə iki "VAZ" toqquşdu, 8 nəfər xəsarət aldı - FOTO

 

Bərdə rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı biri 6 yaşlı uşaq olmaqla 8 nəfər xəsarət alıb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Soğanverdilər kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2107" markalı avtomobil qarşıdan gələn "VAZ 2115" markalı digər nəqliyyat vasitəsilə toqquşub. Nəticədə avtomobillərdə olan sürücü və sərnişinlər xəsarət alıb. Sərnişinlərin arasında 6 yaşlı uşaq da var. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin əməkdaşları və təcili tibbi yardım əməkdaşları çağırılıb. Yaralılar Ağdam və Bərdə Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırmalara başlanılıb, yaralıların və sürücülərin kimliyi araşdırılır.

# 2134
avatar

Oxşar yazılar