"Aeroport" yolunda maşın piyadanı vurub öldürdü
03 iyul 2020 12:06 (UTC +04:00)

"Aeroport" yolunda maşın piyadanı vurub öldürdü

Bakıda piyada ölümü ilə bitən yol-nəqliyyat hadisəsi olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, iyulun 2-də saat 21 radələrində Xəzər rayonunun Binə Atçılıq qəsəbəsində Bakı şəhər sakini A.Həsənov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən qəsəbə sakini Yaşar Şirinovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla əlaqəli Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

# 2317
avatar

Mehman Nəbiyev

Oxşar yazılar