4432
14:45
30 İyun 2020

İmmunitetimizin zəiflədiyini necə öyrənə bilərik?

“İmmuniteti güclü olanlara virus o qədər də çox təsir etmir”.

Koronavirus dünyada eləcə də ölkəmizdə yayılan gündən bəri bəlkə də bir çoxumuz bu fikri eşitmişik. Mütəxəssislər bildirib ki, virusla mübarizədə güclü immun sisteminə sahib olmaq böyük üstünlükdür. Hazırda immunitetin güclü, yaxud zəif olduğunu göstərən dəqiq bir tibbi vasitə yoxdur, lakin bəzi qan analizləri dolayısı ilə bundan xəbər verir.

Görəsən, immunitetimiz nə qədər güclüdür?

Lent.az sizə immunitetinizin güclü, yaxud zəif olduğundan xəbər verən bir neçə amili təqdim edir.

Tez-tez xəstələnmək və sağalma müddətinin uzun çəkməsi, ağız boşluğunda və diş ətində yaranan problemlər, tez yorulmaq, saç və dırnaq qırılması, saç tökülməsi, yaraların gec sağalması, iştahsızlıq, sıx-sıx dodaq uçuqlaması, bədənin fərqli nahiyələrində ağrı olması immun sisteminin zəifliyindən xəbər verir.

İmmuniteti zəiflədən bir neçə amillər mövcuddur. İlk növbədə xroniki stress və əsəbi göstərmək olar. Bundan əlavə, yanlış qidalanma, siqaret və spirtli içkilərin qəbulu, vitamin və mineral çatışmazlığı, orta yaşlı insanlarda 8 saatdan az yuxu, hərəkətsizlik, həddindən artıq şəkər istifadə etmək də birbaşa immun sistemininə mənfi təsir edir.

Sağlamlığımızı qorumaq və onun qayğısına qalmaq üçün isə ilk növbədə düzgün qidalanmaq, əsəb və stresdən uzaq durmaq, mütəmadi olaraq idmanla məşğul olmaq lazımdır.

Banu