Avropada Azərbaycanın muğam qrupuna büst qoyulacaq - FOTO
29 iyun 2020 11:24 (UTC +04:00)

Avropada Azərbaycanın muğam qrupuna büst qoyulacaq - FOTO

Aypara Muğam Qrupu 2017- 2018- 2019-cu illərdə Litvanın Vilnus, Klaipeda,Palanga, Kaunas, Birştonas, Trakai, Neringa şəhərlərində bir çox mötəbər tədbirlərdə və bir çox Beynəlxalq Festivallarda iştirak ediblər.

Lent.az xəbər verir ki, xanəndə Gülzar Fərəcova, tarda Ədalət Behbudov, kamançada Pərviz Fərhadov Litvada UNESCO-nun keçirtdiyi “LAUKS-NOS” və “Skamba Kankliai” Beynəlxalq Festivallarında, Litva Respublikasının 100-illiyində, Kaunas şəhərində Beynəlxalq Kurort Festivalında iştirak ediblər.

Azərbaycanın Litvadakı Səfirliyi tərəfindən 28 May- Respublika Günü, eləcə də, Azərbaycan Diplomatik Xidmət Orqanlarının 100 illiyi münasibətilə Vilnusda təşkil edilmiş rəsmi qəbul zamanı qonaqlara Aypara Muğam Qrupunun ifasında kiçik konsert təşkil olunub. Aypara qrupu, həmçinin cari ilin iyunun 7-də Vilnusun ən populyar turistik məkanı hesab edilən Ujupios Respublikasının Konsitutsiyasının Azərbaycan dilinə tərcüməsi və bununla bağlı lövhənin açılış mərasimində çoxsaylı sakinlər və qonaqlar qarşısında açıq havada konsert proqramı ilə çıxış edib. Bundan əlavə, iyunun 8-9-da sözügedən qrup Ağstafa şəhəri ilə qardaşlaşmış-Litvanın turizm-kurort şəhəri Birştonasa səfər edərək şəhər günü festivalında iki günlük geniş konsert proqramı təqdim edib. Muğam Qrupu hər çıxışlarında Litvalılarla öz dilərində danışaraq, milli musiqi alətlərimiz olan tar – kamançada Litvanın Musiqi Nümunələrindən və Litva Dövlət himnini tar-kamançada ifa edərək onların sevgi və rəğbətini qazanıb. Eləcə də, onların çıxışına görə mənfur düşmənlərimiz ermənilərin çox olduğu bir şəhərdə Azərbaycan bayrağı bir ay boyunca Litvanın Birştonas şəhərində gecə-gündüz dalğalanmağı onlara qürur hissi verib. Litvalılara özlərini sevdirən muğam qrupumuzun Azərbaycan musiqisinin xaricdə mükəmməl şəkildə təbliğatı və siyasəti nəticəsində Azərbaycana Litvanın Birştonas Şəhər parklarının birində tar, kamança və qaval büstü qoyulması barədə təklif verilib.

Aypara Muğam Qrupunun Litva dilində çıxışları, Azərbaycan Milli Musiqi Alətləri tar-kamançada Litva musiqilərindən nümunələrin, həmçinin Litva dövlət himninin səsləndirilməsi xüsusu alqışlarla qarşılanıb. Musiqiçilərimizin bu uğurlu ifasından sonra yerli sakinlərin milli musiqi alətlərimizə olan marağını nəzərə alaraq, Birştonas şəhər meriyası şəhərin əsas parklarından birində Azərbaycan Milli Musiqi Alətlərindən ibarət guşənin yaradılması təklifi ilə çıxış etmişdir.Təklif baxılması üçün Azərbaycan Respublikası Prezident Administrasiyasına təqdim olunub.

Bundan əlavə Aypara Muğam qrupunun üzvlərinin Azərbaycan Mədəniyyətinin xaricdə uğurlu təbliğatına görə Mədəniyyət Nazirliyi tərəfindən mükafatlandırılması və qiymətləndirilməsi məsələsini nəzərdən keçirməyinizi xahiş edirik.

# 3946
avatar

Oxşar yazılar