06:14
27 İyun 2020

Rusiyada dəhşətli yol qəzası: 3 nəfər hadisə yerində öldü - FOTO - VİDEO

Rusiya Federasiyasının Kazan-Şemordan magistralında beton plitələr daşıyan “KamAZ” markalı yük maşını ilə “Hyundai” markalı minik avtomobili toqquşub.

APA “Tatar-info”ya istinadən xəbər verir ki, Pestreçinski rayonunda qeydə alınan dəhşətli qəza iyunun 26-sı günün ikinci yarısında baş verib.

İlkin məlumata görə, “KamAZ” qarşıdakı zolağa çıxaraq, qarşıdan gələn “Hyundai” markalı avtomobilə çırpılıb. Avtomobillər yararsız hala düşüb, “Hyundai” iki hissəyə bölünüb.

Hər iki maşının sürücüsü və minik maşınındakı sərnişin hadisə yerindəcə ölüb.

Dİgər xəbərlər