1228
14:18
25 İyun 2020

Uşaqlar barədə sənədlərin doğum evlərində saxlanılması müddəti 25 il artrıldı


Uşaqların valideynləri, yaşayış yeri, sağlamlığı və əlilliyi barədə məlumatları əks etdirən sənədlərin (şəxsi işlər, tibbi arayışlar, tibbi dəyişmə vərəqələri, fərdi uçot vərəqələri və s.) doğum evlərində, internat və internat tipli təhsil müəssisələrində, uşaqlar üçün sosial xidmət müəssisələrində saxlanılma müddəti 25 il artırılıb.

APA-nın məlumatına görə, Milli Arxiv İdarəsi Kollegiyası bununla bağlı “Dövlət orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə nümunəvi Siyahısı”nda müvafiq dəyişiklik edib.

Bundan əvvəl həmin sənədlərin saxlanma müddəti 50 il olub. Dəyişikliyə əsasən, bu müddət 75 ilə qaldırılıb.