12:32
25 İyun 2020

“Rosaviasiya” MDB ölkələrinə uçuşların bərpasını təklif etdi


Rusiyanın Hava Nəqliyyatı Federal Agentliyi (“Rosaviasiya”) MDB ölkələrinə uçuşların bərpasını təklif edib.

APA-nın Moskva müxbirinin “Kommersant” nəşrinə istinadən verdiyi məlumata görə, “Rosaviasiya”nın rəhbəri Aleksandr Neadko MDB ölkələri ilə hava nəqliyyatının bərpa olunmasına başlamaqla bağlı “Rospotrebnadzor”a və Baş Nazirin müavini Tatyana Qolikovanın aparatına təklif göndərib.

Nəşrin bildirdiyinə görə, “Rosaviasiya” rəhbəri epidemioloji vəziyyətdən asılı olaraq, xarici ölkələrlə fərdi şəkildə hava əlaqəsini açmağı təklif edib.

Qeyd edək ki, koronavirus infeksiyasının yayılması ilə bağlı vəziyyətə görə Rusiya bu ilin martın 27-dən müntəzəm və çarter beynəlxalq uçuşlarını tamamilə dayandırıb. Aviadaşıyıcılar ancaq insanların vətənlərinə dönməsi üçün xüsusi reysləri yerinə yetirirlər.

Dİgər xəbərlər