11:09
25 İyun 2020

Ermənistanda daha 11 nəfər koronavirusdan öldü

Ermənistanda son sutka ərzində daha 771 nəfər COVID-19-a yoluxub.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi məlumata görə, bununla da ölkədə koronavirusa yoluxanların sayı 22 488 nəfərə çatıb.

Son sutka ərzində koronavirusa yoluxan 11 nəfər ölüb və bununla da virusa yoluxma nəticəsində ölənlərin sayı 397 nəfər olub.

Xəstəlikdən sağalanların sayı 11 335 nəfərdir.

Dİgər xəbərlər