Google-un bir sıra xidmətlərində istifadəçi məlumatları avtomatik silinəcək
25 iyun 2020 08:21 (UTC +04:00)

Google-un bir sıra xidmətlərində istifadəçi məlumatları avtomatik silinəcək

“Google şirkəti bir sıra xidmətlərində istifadəçi məlumatlarının saxlanması qaydalarını dəyişdirəcək, məhdudiyyət müddətinin bitməsindən sonra məlumatlar avtomatik olaraq silinəcək”. 

APA TASS-a istinadən xəbər verir ki, bunu şirkətin baş direktoru Sundar Piçai açıqlamasında bildirib.

O qeyd edib ki, Google istifadəçilərin şəxsi məlumatlarının qorunması üçün əlavə tədbirlər görmək niyyətindədir: “Şirkətin bir sıra xidmətlərindəki yeni hesablarda bütün məlumatlar toplanandan 18 ay sonra avtomatik olaraq silinəcək”. 

Piçainin sözlərinə görə, Google-a məxsus YouTube portalının hesablarından məlumat alındıqdan 36 ay sonra silinəcək. Bu müddət 18 və ya 3 aya endirilə bilər.

Qeyd edək ki, Google əvvəllər də özləri də bilmədən çox məlumat topladıqlarına görə  istifadəçilərini dəfələrlə tənqid etmişdi.

 

# 2038
avatar

Oxşar yazılar