Bu il həkim olmaq istəyənlərin sayı daha çoxdur - Fəxrəddin Qoca
24 iyun 2020 23:10 (UTC +04:00)

Bu il həkim olmaq istəyənlərin sayı daha çoxdur - Fəxrəddin Qoca

Fəxrəddin Qoca: “Yayda COVID-19-un yoluxma riskinin azalmasına dair ehtimal özünü doğrultmadı”
Fəxrəddin Qoca: “Yayda COVID-19-un yoluxma riskinin azalmasına dair ehtimal özünü doğrultmadı” 
Clock-gray
22:02
calendar-gray
24 İyun 2020
A-
A+
 

“Yay aylarında  koronavirusun yayılma sürətinin düşməsi gözləntisi özünü doğrultmadı. Bu aylarda COVID-19-un yoluxma riskinin azalmasına aid elmi dəlillər də yoxdur”. 

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirləri ilə bağlı yaradılan Elm Qurumunun toplantısından sonra bildirib. 

Nazir deyib ki, koronavirusun  yoluxma sayının Türkiyədə 1000-dən aşağı endiyi halda, sonradan 1500-ə qədər artması da buna sübutdur.

F.Qoca deyib ki, hazırda ölkəsində COVID-19-un ikinci dalğa ilə yayılması gözlənilmir. 

Nazir onu da bildirib ki, həkim olmaq istəyən abituriyent sayı Türkiyədə bu il daha çoxdur. Nazir ali məktəblərə qəbul imtahanlarının tezləşdirilməsini Ümumdünya Səhiyyə Təşkilatının sentyabr ayından xəstəliyin yayılacağı ehtimalı ilə əlaqələndirib.

 

# 2527
avatar

Oxşar yazılar