2314
17:36
24 İyun 2020

Daha 170 obyektdə qanunsuzluq aşkarlandı - FOTO

AQTA əməkdaşları iyunun 23-də Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 88 ictimai iaşə obyekti, 214 ərzaq satışı mağazası olmaqla ümumilikdə 302 müəssisədə reyd keçirib.

Agentlikdən Lent.az -a daxil olan məlumatda bidlirilir ki, sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

Reyd keçirilən obyektlərdən 170-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.

Bakı şəhəri üzrə

Xətai rayonunda “İslam” market

Nizami rayonunda “Ulduz” market

Bərdə rayonunda “Lahmacun” kafe və “Yaşar” market

Gəncə şəhərində “Uğur” market

Göygöl rayonunda “Böyük İsgəndər” restoranı

Xaçmaz rayonunda “Ət dünyası”, Ağayev Abdulla Hüseynağa oğluna, Zülfüqarov Alim Aydın oğluna, İmanrzayev Üzeyir Ağarəhim oğluna məxsus ət satışı mağazaları

Neftçala “Proqres” ərzaq mağazası, “Milla” market və Məmmədov Rasim Musa oğluna məxsus kafe

Salyan rayonunda “Rəvan” market və Eyvazov Qadir Nadir oğluna məxsus ərzaq mağazası

Göyçay rayonunda “Göyçay servis” və “Aysel” kafesi

Şamaxı rayonunda “Azay” market, Cavadov Seymur Ağagül oğluna məxsus meyvə-tərəvəz satışı mağazası, Ələkbərov Qahir Sabir oğluna məxsus ət satışı mağazası və Həsənov Qubad İbad oğluna məxsus ərzaq mağazası

Qəbələ rayonunda Osmanov İzzət Nüsrət oğluna, Aslanova Qəzalə Xandəmir qızına və Mirağayev Sahil Xanalı oğluna məxsus ərzaq mağazaları

Zaqatala rayonunda Ramazanov Şahlar Şəmsəddin oğluna məxsus ərzaq mağazası

Quba rayonunda “Olimp” və “Roman” kafesi

Qusar rayonunda “İmperial”, “Oazis” restoranları və Nurəhmədov Zaur Yüzbəy oğluna məxsus kafe

Cəlilabad rayonunda “Furqan” və “Sünbül” market.