3538
14:48
24 İyun 2020

Bakıda iki marşrut xəttinin hərəkət istiqaməti dəyişdirildi

Biləcəri qəsəbəsində iki marşrut xətinin hərəkət istiqaməti müvəqqəti dəyişdirilib.

Bakı Nəqliyyat Agentliyindən Lent.az -a verilən məlumata görə, iyunun 23-də axşam saatlarından qəsəbənin Y.Huseynov küçəsi yolun üst örtüyünün yenilənməsi ilə bağlı 2 günlük təmirə bağlanacaq.

Bu səbəbdən 67 və 83 nömrəli müntəzəm marşrutlar üzrə istismar olunan avtobuslar müvəqqəti olaraq Natavan küçəsi ilə hərəkət edəcəklər.