09:45
24 İyun 2020

Türkiyədə nazirdən gözlənilməz qərar - Məscidlərdə namaz belə qılınacaq

Türkiyədə bu gündən etibarən məscidlərdə namaz qılmağa icazə verilib.

Lent.az yerli KİV-ə istinadən bildirir ki, Dini İşlər naziri Ali Erbaş bu barədə sosial mediada məlumat verib. Nazir paylaşdığı məlumatda, maska və sosial məsafəyə riayət etmək şərtilə sübh, axşam və gecə namazlarının camaatla birgə qılınacağını açıqlayıb:

"Məscidlərimizi cümə və hər gün günorta namazlarına açmışdıq. Bu gündən isə maska və sosial məsafə qaydalarına riayət etməklə sübh, axşam və gecə namazlarına da açırıq. Rəbbim ibadətlərimizi qəbul etsin".

Dİgər xəbərlər