15:25
16 İyun 2020

Avropada çeçen-ərəb davası davam edir - VİDEO

Fransada 16 yaşlı çeçenin narkotik satan ərəblər tərəfindən döyülməsindən sonra ortaya çıxan münaqişə davam edir.

Lent.az xarici mediaya istinadla bildirir ki, olay iyunun 10-da Dijon şəhərində meydana gəlib. Sosial mediada qisas çağırışı edən çeçenlər Avropanın dörd bir yanından Fransaya gəldi. İyunun 12-də çeçenlərdən ibarət bir qrup Tremoille şəhərində kafelərdən birinə hücum edib. Hücumdan sonra hər iki qrup arasında baş verən Qresilles bölgəsində silahlı insidentdə bir nəfər ağır yaralanıb.

Dijon bələdiyyə sədri Françaus Rabseman verdiyi açıqlamada, qruplar arasında yaranan münaqişələrə görə, yüzlərlə polisin ciddi rejimlə xidmətə başladığını söyləyib.

Çeçen bir qrup tərəfindən verilən açıqlamada, “Onlar bizim xalqı təhqir etdilər. Onları döymək və intiqam almaq üçün buradayıq. Dijon şəhər əhalisindən üzr istəyirik”.

Dİgər xəbərlər