Azərbaycan Prezidenti Maqomedali Maqomedovu ordenlə təltif etdi
13 iyun 2020 16:02 (UTC +04:00)

Azərbaycan Prezidenti Maqomedali Maqomedovu ordenlə təltif etdi


Azərbaycan Prezidenti İlham Əliyev Maqomedali Maqomedoviç Maqomedovun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

APA-nın məlumatına görə, Sərəncama əsasən, Maqomedali Maqomedoviç Maqomedov Azərbaycan Respublikası ilə Rusiya Federasiyası, həmçinin Azərbaycan və Dağıstan xalqları arasında dostluq, əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edilib.

# 3793
avatar

Oxşar yazılar