9793
18:19
11 İyun 2020

Bu bölgələrdəki ərazilərə gediş-gəliş olmayacaq - TƏBİB

"Bölgələr arasında gediş-gəliş bölgələrin klastrlara ayrılması ilə əlaqəlidir".

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

Onun sözlərinə görə, bu həftəsonu üçün karantin elan olunanda narıncı bölgələrə artıq bir neçə rayon da daxil edilib: “O ərazilərdə də gediş-gəliş olmayacaq. Bu, karantin qaydaları ilə əlaqədardır".