22:18
10 İyun 2020

Türkiyəli nazir: "Koronavirusa qarşı hələ təsirli preparat və peyvənd tapılmayıb"

“Türkiyədə əvvəl yeni növ koronavirusa (COVID-19) yoluxanların 15,7 faizi 65 yaşdan yuxarı olanlar idi, bu yaş qrupuna küçəyə çıxma qadağası tətbiq olunduqdan sonra rəqəm 7 faizə düşdü”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirlərilə bağlı yaradılan Elm Qurmunun toplantısından sonra bildirib.

Nazir deyib ki, Elm Qrumu ilə COVID-19-la mübarizə çərçivəsində yaradılan İctimai Qurumu 20-dək və 65-dən yuxarı yaş qrupuna daxil olanlar üçün psixoloji və sosioloji reabilitasiyadan keçmək üçün məsləhətləşmələr aparır.

F.Qocanın sözlərinə görə, turistlərin Türkiyəyə səfəri çərçivəsində koronovirus testindən keçmələri nəzərdə tutulub. Bu istiqamətdə Türk Hava Yolları, Nəqliyyat və İnfrastruktur, Mədəniyyət və Turizm nazirliklərilə birgə fəaliyyət davam edir: “Hazırda bununla bağlı 150 ölkə ilə danışıqlar aparılıb, turistlərin gəliş təqvimi ölkələr üzrə müəyyənləşdirilib: Avropadan fərqli olaraq, biz xaricdən gələn bütün vətəndaşları nəzarətdən keçirməyi düşünürük”.

Nazir COVID-19-a qarşı hələ təsirli bir preparat və peyvənd tapılmadığını deyib.

Dİgər xəbərlər