12:34
10 İyun 2020

Ronaldo “Yuventus”dan gedir? – Daha bir İDDİA

Kriştianu Ronaldonun “Yuventus”dan ayrılması yenidən gündəmə gəlib.

Apasport.az saytının məlumatına görə, İtaliya mətbuatı 35 yaşlı forvardın mövsümün sonunda komandadan ayrılacağını növbəti dəfə iddia edib.

Bildirilib ki, Portuqaliya millisinin kapitanı ilə baş məşqçi Mauritsio Sarri heç cür yola getmir və klub rəhbərliyi çalışdırıcını dəstəkləyir. Bu isə Ronaldonun komandadan ayrılmaq istəyinə səbəb olacaq. Onun mövsümün sonunda “Mançester Yunayted”ə qayıtması ən real ehtimal hesab edilir.

Qeyd edək ki, Kriştianu Ronaldo “Yuventus”a 2018-ci ildə “Real”dan keçib.

Dİgər xəbərlər