İTV yeni layihəyə başlayır – 16-65 YAŞLI HƏR KƏS...
09 iyun 2020 19:58 (UTC +04:00)

İTV yeni layihəyə başlayır – 16-65 YAŞLI HƏR KƏS...

İctimai Televiziya və Radio Yayımları Şirkəti Azərbaycanda yayım lisenziyasına sahib olduğu məşhur “The Voice” vokal yarışmasının böyüklər üçün olan versiyası “Səs Azərbaycan”nın qeydiyyatına başlayır. 

Şirkətdən Lent.az-a verilən məlumata görə, dünyanın ən çox müzakirə olunan vokal şousunda iştirak etmək istəyən və istedadına güvənən, yaşı 16-65 aralığında olan hər kəs öz ifasını video formatında çəkib  (051) 255 44 44 nömrəsinə “whatsapp” vasitəsilə göndərə və ya www.itv.az saytında müvafiq bölməyə yükləyərək qatıla bilərlər.

 

 

# 4936
avatar

Aygün İbrahimli

Oxşar yazılar