Uşaqlara ŞAD XƏBƏR: yeni cizgi filmi gəlir - VİDEO
09 iyun 2020 12:21 (UTC +04:00)

Uşaqlara ŞAD XƏBƏR: yeni cizgi filmi gəlir - VİDEO

"Azanfilm" Studiyası "Tıq-tıq və dostları möcüzələr axtarışında" maarifləndirici, çoxhissəli animasiya filminin 1-ci hissəsinin istehsalını tamamlayıb.

Mədəniyyət Nazirliyindən APA-ya verilən xəbərə görə, animasiya filminin 1-ci hissəsində Tıq-tıq öz dostları ilə cənub bölgəsinə səyahət edir və orada bitən, nadir ağaclardan olan dəmirağac haqqında məlumat verir. 

Filmdə, həmçinin, başqa maarifləndirici məlumatlar da fərqli şəkillərdə balacalara çatdırılır.

Mədəniyyət Nazirliyinin sifarişi ilə "Azanfilm" Studiyasında istehsal olunan filmin ssenari müəllifi və quruluşçu rejissoru Sultan Abbasbəyli, bəstəkarı Azər Hacıəsgərli, səs rejissoru Mehman Nadirov, prodüseri Mansur Şəfiyevdir.

"Tıq-tıq və dostları möcüzələr axtarışında" animasiya filminin saundtrekini təqdim edirik:

# 3625
avatar

Oxşar yazılar