“Crocus Group”un birinci vitse-prezidenti, müğənni Emin Ağalarov koronavirusa yoluxub.
Lent.az Rusiya KİV-nə istinadla bildirir ki, o, Yusif Eyvazovla danışanda COVID-19-a qarşı mübarizə apardığını və artıq ofisinə işə qayıtdığını söyləyib.
“Bu mənim üçün yeni bir şey idi. İki həftə evdə oldum. Ümumiyyətlə, həyatımda heç bir dəqiqə tək olmamışam. Buna görə 40 il ərzində ilk dəfə özümlə görüşdüm. Və bu adamla tanış olmaqdan təəccübləndim. Tam sağalmışam” – Ağalarov bildirib.
Məlumata görə, müğənni xəstəliyin böyük hissəsini əlamətsiz keçirib. Yoluxduğunu təsadüfən öyrənib. Bir gün işə getməyə hazırlaşanda “odekolon”dan istifadə edib, ancaq iyini hiss etməyib. Eyni zamanda yediyi yeməklərin də dadını hiss etməyib.