15142
19:01
03 İyun 2020

Bakıda maska reydi: 50 manat cərimə olundular - VİDEO

Bu gün Koroğlu Nəqliyyat Mübadilə Mərkəzinin yaxınlığında Bakı Nəqliyyat Agentliyi və Nizami rayon Polis İdarəsinin əməkdaşları birgə reyd keçirib. Reyd zamanı maska taxmayan sərnişinlər protokol yazılaraq 50 manat cərimə olunublar. Bundan əlavə, vətəndaşlarla maarifləndirici söhbətlər aparılaraq, onlara maska paylanılıb.

Qeyd edək ki, dünən dövlət başçısının imzaladığı qərarla bir sıra yerlərdə maska taxmayan şəxslərin cərimələnməsi qüvvəyə mindi. Yeni qərarla artıq təkcə metroda deyil, avtobus, dayanacaq, qapalı ofislərdə maskadan istifadəni məcburi etdi. Qeyd olunan yerlərdə maska taxmayan fiziki şəxslər isə 50 manat miqdarında cərimə olunurlar.

Lent.az keçirilən reyddən görüntüləri təqdim edir: