9 yaşlı uşaq appendisitdən öldü
03 iyun 2020 09:47 (UTC +04:00)

9 yaşlı uşaq appendisitdən öldü

Bakıda 9 yaşlı uşaq əməliyyatdan sonra xəstəxanada ölüb.

APA-nın məlumatına görə, hadisə 1 saylı Kliniki Tibbi Mərkəzin Uşaq Cərrahiyyə Şöbəsində qeydə alınıb.

Bakı şəhər sakini, 2011-ci il təvəllüdlü  Emin Abdullayev kəskin appendisit diaqnozu ilə mayın 28-də  xəstəxanaya daxil olub. O, cərrahiyə əməliyyatı olunaraq reanimasiya şöbəsinə yerləşdirilib.

 

Ötən gün göstərilən tibbi yardımlara baxmayaraq  E. Abdullayev reanimasiya şöbəsində ölüb.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır. 

# 1828
avatar

Oxşar yazılar