11146
17:56
31 May 2020

Problemli kreditlərlə bağlı SEVİNDİRİCİ XƏBƏR


Bu ilin may ayının 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi 1 232,4 mln. manat təşkil edib ki, bu göstərici son bir ayda 154,4 mln. manat və ya 11% azalıb.

Azərbaycan Mərkəzi Bankından (AMB) "APA-Economics"ə verilən məlumata görə, cari ilin əvvəli ilə müqayisədə vaxtı keçmiş kreditlərin həcmi 40,7 mln. manat və ya 3,2% azalıb, ötən ilin eyni dövrü ilə müqayisədə isə 271,4 mln. manat və ya 18% azalıb.

Qeyd edək ki, mayın 1-nə problemli kreditlərin cəmi kreditlərdə payı 8,1% təşkil edib.

Xatırladaq ki, bu göstərici aprelin 1-nə 8,9%, ilin əvvəlində 8,3%, ötən ilin müvafiq dövründə isə 11,6% olub.