09:17
31 May 2020

"... İnsanların simasız olduğunu gördüm" - Əməkdar artist dilə gəldi

"Qısqanclığın qurbanı olmuşam. Bunlar insanı ayaqda tutur”.

Lent.az -ın məlumatına görə, bu sözləri “Şou ATV” verilişində qonaq olan Əməkdar artist Gülüstan Əliyeva deyib. O, həyat yolunda qarşılaşdığı çətinliklərdən söz açıb:

“Sənin mübarizliyini, prinsipiallığını artırır. Sənətində sıçrayışlar edir. İnsanlar, hadisələr, olduğun mühit səni yorur. Çəkilirsən tənhalığa. Həmin zaman necə güclü insan olduğun görünür. Təklik Allaha məxsudur. Sən Allaha sığınaraq yerdə tənhalıqla xoşbəxt olursansa, ən güclüsən. Bir zaman dostlarım, yaxınlarım arasında insanların simasız olduğunu gördüm. İnsanların daxilində nələr var imiş. Əslində sən onlara dost olmusan, onlar sənə yox. İnsan tənha olanda öz gücünü hiss edir".

Dİgər xəbərlər