“Yuventus” Poqbanı almaqdan imtina etdi
27 may 2020 18:48 (UTC +04:00)

“Yuventus” Poqbanı almaqdan imtina etdi

“Yuventus” İngiltərənin “Mançester Yunayted” klubunun fransalı yarımmüdafiəçisi Pol Poqbanın keçidi ilə bağlı danışıqları dayandırıb.

Lent.az-ın xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Turin klubu hesab edir ki, koronavirus pandemiyasının ortaya çıxardığı maliyyə çətinliyi Poqbanın keçidini mümkünsüz edir. 

Bundan əvvəl məlum olmuşdu ki, Poqba “Yuventus”a keçmək üçün yüksək əmək haqqından iştinayahazırdır.

Pol Poqbanın “Mançester Yunayted” ilə müqaviləsi 2021-ci ilin iyun ayına qədərdir.

Poqba QYuventus”da 2012-2016-cı illərdə oynayıb. “Mançester Yunayted” onun keçidi üçün Turin klubuna 105 milyon avro ödəyib.  

 

# 2227
avatar

Oxşar yazılar