Yaşayış evi əşiyaları ilə birlikdə yandı
25 may 2020 18:12 (UTC +04:00)

Yaşayış evi əşiyaları ilə birlikdə yandı


Qazaxda yaşayış evində yanğın baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Bakı küçəsində qeydə alınıb. Belə ki, rayon sakini, 1993-cü il təvəllüdlü Poladov Elşən Viktor oğluna məxsux 36 kv metrlik mənzildə yanğın olub.

Dərhal hadisə yerinə FHN-in yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Yanğın zamanı mənzilin 15 kv metrə yaxın hissəsi əşiyaları ilə birlikdə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

# 2665
avatar

Oxşar yazılar