2215
12:13
20 May 2020

"Belə danışdıqca özünü gözdən salır" - Əməkdar artist

Əməkdar artist Mətanət İsgəndərli həmkarlarının “müğənni gəlin istəmərəm” fikirlərinə münasibət bildirib.

Lent.az -ın məlumatına görə, ifaçı bu barədə “7 canlı” verilişində danışıb:

“Həmkarlarımın şəxsi fikridir. Sözü alçaltmaq mənasında deyirlərsə, bununla razı deyiləm. Biri də var ki, çox yumşaq bir şəkildə söyləyə bilər. Hər kəsin dünyaya baxış bucağı fərqlidir. Misal üçün, gəlinim müğənnidirsə, heç zaman onu pisləmərəm. Lap heç müğənni olmasın, həkim olsun və ya hansısa bir digər peşənin sahibi... Elə insanlar tanıyıram ki, gəlininin məşhur xanım olmağını istəyir. Elə oğlan da var ki, xanımının model olmağını arzu edir.

Kimisə alçaltmaq olmaz. O da bir ata-ananın övladıdır. İnsanın əxlaqı, tərbiyəsi özündən asılıdır, peşəsindən yox... Bunu bir sahəyə şamil etmək olmaz! Heç görmüsüz həkimlər, müəllimlər açıq-aşkar şəkildə bir-birini pisləsin? Bu sənətdəsənsə, özünə hörmət etməlisən, başqalarına da hörmət etdirməlisən. Bəs sən niyə bu sənətə gəlmisən? İnsan belə danışdıqca özünü gözdən salır”.