Makiyaj məhsullarını necə və harada saxlamalı?
19 may 2020 19:32 (UTC +04:00)

Makiyaj məhsullarını necə və harada saxlamalı?

Qadınların çoxu gözəllik məhsullarını vanna otağındakı şkafında, ya da yataq otağındakı makiyaj masasında saxlayır. Bəs, bəzilərinin həqiqətən soyuducuda saxlanılmalı olduğunu bilirdinizmi? 

Yəqin ki, bu sətirləri təəccüblə oxuduğunuz? Makiyajlar haqqında araşdırmalar apararkən və bu məlumatları toplayarkən eynən mən də sizin kimi təəccüb içində idim. Əziz xanımlar, elə isə diqqətiniz bizdə olsun. 

Lent.az gözəlliyinizə gözəllik qatan makiyaj məhsullarınız haqqında sizə məlum olmayan məlumatları çatdıracaq.

Dermatoloqlar bildirir ki, makiyaj məhsullarının soyuducuda saxlanması yalnız onların ömrünü uzatmır. Eyni zamanda, soyuducuda məhsulun temperaturu sabit qalır, buna görə də məhsul həddindən artıq isti və ya soyuqdan təsirlənmir.

İndi isə mütləq soyuducuda saxlanmalı olan məhsulları sizə təqdim edirik:

Göz kremi

Göz kreminizin soyuq olması, sadəcə sərinləşdirici bir təsir buraxmır, eyni zamanda qan damarlarında şişkinliyi azaldır.

Ətir

İsti hava və günəş işığı sevdiyiniz ətrin qoxusunu dəyişdirə bilər. Ətir çox isti olan mühitdə qalsa, içindəki kimyəvi maddələr parçalanır və qoxusu tamamilə dəyişir.

Təbii bədən məhsulları

Məhsulların təbiiliyini nəzərə alaraq, tərkibində qoruyucu maddələr olmadığını və buna görə bakteriyaların inkişafına daha çox meylli olduqlarını unutmamalısınız. Onları soyuducuda saxlamaqla həm ömürlərini uzatmış, həm də bakteriyaların inkişafının qarşısını almış olacaqsınız.  

Üz maskaları 

Bir çox göz kremi kimi, sərin üz maskaları kapilyarları dartır və qızarmağa meylliliyi azaltmağa kömək edir. Eyni zamanda qıcıqlanmış dəriyə sakitləşdirici təsir göstərir. 

Layneri 

Makiyaj mütəxəssisləri gözlərinizə göz qələmini və layneri çəkməzdən 10 dəqiqə əvvəl soyuducuya qoymağı xüsusilə məsləhət görürlər. Bu layneri, yaxud göz qələmini gözünüzə daha düzgün çəkməyə kömək edəcək. 

Dodaq boyası (dodaq balzamı) 

Bu məhsulların soyuducuda saxlanması ona görə vacibdir ki, bununla siz onların həm ömrünü uzatmağa, həm də formalarını olduğu kimi saxlamalarına nail olacaqsınız. Bu məhsulları istidən uzaq tutaraq kimyəvi parçalanmaların qarşısını alacaqsınız.

Lamiyə Məmmədova

# 4462
avatar

Oxşar yazılar