14:10
14 May 2020

İranda koronavirusdan yenə ölənlər var


İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 71 nəfər vəfat edib.

APA-nın xəbərinə görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 6854 nəfərə çatıb.

İranda son sutkada 1808 yoluxma faktı qeydə alınıb. Ölkədə indiyə kimi infeksiyaya yoluxanların sayı 114 533 nəfərə çatıb.

Xəstəlikdən 90 539 nəfər sağalıb.

Hazırda virus daşıyıcısı olan 2758 xəstənin vəziyyəti ağır və ya orta ağırdır.

Dİgər xəbərlər