894
05:45
09 May 2020

Pakistanda hərbçilərin maşını partladıldı

Pakistanın İranla sərhədi yaxınlığında kustar üsulla hazırlanmış partlayıcı qurğunun işə düşməsi nəticəsində Pakistan ordusunun 6 hərbçisi ölüb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin hərbi qüvvələrinin mətbuat katibi general-mayor Babar İftixar bildirib.

“Cənubi Balucistan sərhəd korpusuna məxsus maşının uzaqdan idarə olunan partlayıcı qurğu ilə partladılması nəticəsində bir zabit və 5 əsgər ölüb”, - deyə İftixar Twitter” səhifəsində yazıb.

Pakistan Silahlı Qüvvələrinin məlumatına görə, hərbi qulluqçular İran-Pakistan sərhədindən 14 kilometrlik məsafədə dağlıq ərazilərdə terrorçuların mümkün marşrutlarını yoxlamaq məqsədilə patrul apardıqdan sonra geri qayıdırmışlar.