19:38
04 May 2020

Koronavirusa qalib gələn tək ölkə: əsər-əlamət qalmadı

Dünya ölkələrinin koronavirusla mübarizəsində irəliləyişlər müşahidə olunur.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, bu məsələdə Yeni Zelandiya ən öndə gedir. Mart ayının ortalarından hər gün koronavirusa yoluxma qeydə alınan ölkədə dünən ilk dəfə olaraq, yoluxma baş verməyib. 50 gün sonra gələn xəbər əhalini sevindirib, səhiyyə naziri nəticəni böyük uğur adlandıraraq, bunu xalqın həmrəyliyi kimi qiymətləndirib.

Ümumilikdə 1487 yoluxma halının qeydə alındığı Yeni Zelandiyanın baş naziri aprelin 27-də virusla mübarizənin qazanıldığını demişdi.

Dİgər xəbərlər