Nyu-York qubernatorundan ümidverici KORONAVİRUS AÇIQLAMASI
03 may 2020 21:22 (UTC +04:00)

Nyu-York qubernatorundan ümidverici KORONAVİRUS AÇIQLAMASI

 

Nyu-York ştatında son sutka ərzində ölənlərin sayı 280 nəfər olub.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə qubernator Endryu Kuomo mətbuat konfransında bildirib.

O qeyd edib ki, xəstəxanaya yerləşdirilənlərin ümumi sayı azalmaqdadır: “Bu yaxşı xəbərdir. Xəstələrin sayı 9786 nəfərə enib. Süni tənəffüz cihazına qoşulanların da sayı azalmaqdadır. Gündəlik xəstəxanaya 789 nəfər yerləşdirilir ki, bu da ötən günlərdən azdır”.

Kuoma ölənlərin sayının hələ də gözləntiləri əks etdirmədiyini deyib: “Ölüm sayından hələ də narahatıq – son sutkada 280 nəfər dünyasını dəyişib. Amma ümumilikdə tendensiya yaxşıdır”. 

Qeyd edək ki, ABŞ-da koronavirus epidemiyasının episentri Nyu-York ştatıdır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5863

Oxşar yazılar