18:54
02 May 2020

Otaqda istənilən vaxt yerini dəyişə biləcəyiniz MOBİL KONDİSİONER

“Xiaomi” şirkəti stasionar kondisioner istəməyən və quraşdırmaq imkanına malik olmayan istifadəçilər üçün mobil həll təqdim edib.

Lent.az “ICTnews”a istinadən xəbər verir ki, yeni mobil kondisionerin əsas özəlliyi kiçik ölçüsü, mürəkkəb montaja ehtiyacın olmaması və “MIJIA” “ağıllı” ev sisteminə qoşulma dəstəyidir.

Yenilik “New Widetech” şirkəti tərəfindən işlənib hazırlanıb.

İstehsalçı əmin edir ki, kondisioner 11-17 kv.metrlik ərazi üçün nəzərdə tutulub. Bu halda yenilik stasionar montaj tələb etmir və adi məişət cihazı kimi istənilən otaqda yerləşdirilə bilər. Qurğuda bir neçə rejim nəzərdə tutulub.

Mobil kondisionerin qiyməti 226 dollardır.

Dİgər xəbərlər