549
04:15
29 Aprel 2020

Dünyada koronavirusa yoluxanların sayı açıqlandı

Son sutka ərzində dünyada koronavirus infeksiyasına 68 mindən çox insan yoluxub. Son bir gündə təxminən 5,6 min nəfər isə bu virusun qurbanı olub.

APA xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının yaydığı məlumatda deyilir.

Son statistikaya görə, dünyada 3 128 692 nəfər yeni növ koronavirusa yoluxub, 217 082 nəfər isə bu ölümcül virusun qurbanına çevrilib. Son gün ərzində 68 746 insanda koronavirus aşkarlanıb, ölənlərin sayı isə 5633 nəfər artıb.

Ən çox yoluxma və ölüm halları Avropa regionunda qeydə alınıb – 1 322 470 yoluxma və 126 385 ölüm. Sutka ərzində burada yoluxanların sayı 23 768, ölənlərin sayı isə 2388 nəfər artıb.

Şimali və Cənubi Amerikada virusa yoluxanların ümumi sayı 1 179 607 nəfər təşkil edir, indiyədək 60 211 nəfər də ölüb.

ÜST-ün son məlumatına görə, ən çox yoluxanlar ABŞ-dadır – 1 030 315 nəfər. Onun ardınca İspaniya (232 128), İtaliya (201 505), Fransa (165 145), Böyük Britaniya (161 145) və Almaniya (159 431) gəlir.