01:48
27 Aprel 2020

800 qramlıq körpə də koronavirusa güc gəldi

İranda 800 gün bundan əvvəl 800 qram çəki ilə dünyaya gələn Emir Arslan adlı körpə koronavirus infeksiyasına qalib gəlib.

APA-nın İranın rəsmi "IRNA xəbər" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İranın Səhiyyə Elmləri Universitetinin Rektor müavini Mahmud Nuri məlumat verib.

Uşaq hazırda 1200 qram çəkidədir. Mahmud Nuri bildirib ki, körpənin anası da virusa qalib gəlib.

Qeyd edək ki, Çindən yayılmağa başlayan COVID-19 bu ilin fevral ayında əvvəlcə İranın Qum şəhərində insanlara yoluxub. Daha sonra bütün ölkə ərazisinə yayılan virus İranda bu günədək 5710 insanın həyatına son qoyub. Ümumi yoluxma sayı isə 90 481 nəfərdir.

Dİgər xəbərlər