09:30
24 Aprel 2020

"Elə bilirəm ki, hələ də subayam" - Evli müğənnimiz

Müğənni Ramal İsrafilov şəxsi həyatından danışıb. Lent.az -ın məlumatına görə, ifaçı "Üçümüz" verilişində bildirib ki, evli olsa da özünü subay hiss edir:

"Sevirəm, sevgisiz insan olar? Evdə görmədiyim iş qlamayıb: lampaya, tok taxılan yerə kimi dəyişmişəm. Paltar tikib, mahnı yazmışam. Neçə aylardır evim belə təmiz olmamışdır. Hətta evdə klip də çəkdim.

Ömürboyu azad olmuşam. Ailəm tərəfindən pis qarşılanmasın. Sənət adamı azad olmalıdır. Ona görə də elə bilirəm ki, subayam".

Qeyd edək ki, Ramal xalası qızı Sevda ilə ailəlidir. Cütlüyün Liya adlı qızı var.

Dİgər xəbərlər