743
21:48
23 Aprel 2020

İtaliyada ilk dəfə: sağalanlar yoluxanların sayını üstələdi

“İtaliyada son sutka ərzində 3033 nəfər koronavirusdan sağalıb. Gün ərzində yoluxanların sayı isə 2646 nəfər olub. İlk dəfə sağalanlar yoluxanların sayını üstələyib”.

APA Reuters-ə istinadən xəbər verir ki, bu barədə Mülki Müdafiə Departamentinin rəhbəri Angelo Borrelli söyləyib.

Onun sözlərinə görə, ümumilikdə ölkədə 57 576 nəfər xəstəlikdən sağalıb: “Son sutkada 464 ölüm halı qeydə alınıb. Ölənlərin ümumi sayı 25549 nəfərə çatıb”.

Qeyd edək ki, İtaliyada koronavirusa yoluxanların ümumi sayı 189 973 nəfərə çatıb.