13:45
22 Aprel 2020

Bu universitet elmi jurnallarına sərbəst giriş elan etdi

M.V.Lomonosov adına Moskva Dövlət Universiteti öz nəşriyyatının 27 elmi jurnalına pulsuz giriş elan edir.

Lent.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası məlumat yayıb.

Bildirilir ki, bu il mayın 15-dək elibrary.ru platformasında “Moskva Universitetinin Xəbərləri” və “Moskva Cəmiyyətinin Təbiəti Sınayanlarının Bülleteni” seriyalarının jurnallarında 25 mindən çox elmi məqalə ilə ödənişsiz tanış olmaq mümkündür. Bu jurnallarda PDF formatlı məqalələrin tam mətninə giriş də sərbəstdir.

Moskva Dövlət Universitetinin rəhbərliyi ümid edir ki, bu addım özünütəcrid dövründə elmi fəaliyyətin davam etdirilməsinə xidmət edəcək.
Jurnalların siyahısını poisknews.ru saytından əldə etmək olar.

Dİgər xəbərlər