09:02
17 Aprel 2020

Tez-tez əl yumaq ziyilə səbəb olur?

Dəriyə düzgün qulluq olmadıqda, əllərin tez-tez yuyulması və dezinfeksiya edilməsi ziyillərin və dermatitin (ekzema) yaranmasına səbəb ola bilər.

e-tibb.az xəbər verir ki, Moskva Dövlət Stomatoloji Tibb Universitetinin professoru Yekaterina Vasilyeva, əlləri koronavirus infeksiyası fonunda tez-tez yuyub dezinfeksiya etməyin ziyil, dermatit və allergik reaksiyanın yaranmasına səbəb ola biləcəyini söyləyib: "Yuyulan zaman dəri yalnız ona zərər verən hissəciklərdən azad olmur, həm də ona elastiklik verən, onu qoruyan yağ qatını itirir".

Professor qeyd edib ki, həddindən artıq quru dəri üzərində mikroçatların yaranması səbəbindən virus xəstəlikləri inkişaf edə, əsasən də ziyillər yarana bilər.

Bundan əlavə, xüsusən atopik dermatitə meylli olanlarda ekzema yaranma riski yüksəkdir. Antiseptiklər, xlorheksidin, spirtli məhlullar normal olaraq dərimizdə yerləşən və qoruyucu funksiyaları yerinə yetirən mikrob təbəqəsini öldürür.

Y.Vasilyeva dərinin bərpasına maksimum diqqət yetirməyi tövsiyə edib. Onun sözlərinə görə, bunu etmək üçün gündə beş-altı dəfə nəmləndirici kremlərdən istifadə etmək, nanə, limon balzamı, çobanyastığı və ya cəfəri tərkibli yağları əllərə çəkmək lazımdır.

Bundan başqa, əlləri yuduqdan sonra profilaktika olaraq yaxşı-yaxşı silmək tövsiyə edilir.

Dİgər xəbərlər