01:16
15 Aprel 2020

Fransada koronavirusa yoluxanların sayı 100 mini keçib, 15 729 nəfər vəfat edib

Fransada koronavirus (COVID-19) diaqnozu qoyulmuş şəxslərin sayı 100 mini keçib.

APA-nın məlumatına görə, ölkənin Səhiyyə Departamentinin baş direktoru Jerome Salomon bildirib ki, bu günə koronavirusa yoluxanların sayı 103 573 nəfərdir.

Onlardan 15 729 nəfəri vəfat edib.

Son sutka ərzində vəfat edənlərin sayı isə 762-dir.

J.Salomonun sözlərinə görə, reanimasiyada hazırda 6 730 nəfər var. O, reanimasiyada olan xəstələrin sayında azalma olduğunu da bildirib.

Dİgər xəbərlər