09:01
15 Aprel 2020

Elza Seyidcahanı ələ saldı:"Şeir demə"

Meyxanaçı Vüqar Əbdülov Əməkdar artist Elza Seyidcahanın şeir yazmasına münasibət bildirib.

Lent.az xəbər verir ki, söz ustası "5/5" verilişində şeir oxuyub. Aparıcı Zaur Kamal isə ona "Elzanın şeirlərinə oxşadı" sözlərini söyləyib. Vüqar isə Seyidcahanın şeir yazmasını tənqid edib:

"Elza dostumuzdur, gözəl sənətkardır, bəstəkardır. Bircə, şeir yazmasa, ondan yoxdur. Yazmasın... Çox yazır ey... Girir işin içinə, sonra oradan çıxa bilmir. Şeirlərini heç bəyənmirəm. Oxumağı və bəstəkarlığı əladır. Amma şeirlər də girir, başlayır "ana naz, ana-ananas"... Elza etmə, qurban olum. Həmin vaxtı bəstəkarlığa həsr et".

Dİgər xəbərlər