04:18
14 Aprel 2020

Pompeo koronavirusa görə Çini qınadı: "İttihamların zamanı sonra gələcək"

“ABŞ Çinin yeni növ koronavirus haqqında vaxtında məlumat verməməsindən təəssüflənir”.

APA TASS-a istinadən xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Mayk Pompeo Almaniyanın "Bild" qəzetinə müsahibəsində bildirib.

O, Çinin Uhan şəhərində başlayan epidemiyanın tez bir zamanda müəyyən edilməməsindən təəssüfləndiyini vurğulayıb: “Çin hökuməti məlumatları vaxtında verməyib. Bu, dəhşətdir”.

Koronavirusun dünyaya vurduğu ziyana görə kimin məsuliyyət daşıdığı sualına cavab verməyən dövlət katibi bu mövzuda qlobal müzakirənin olmasını deyib: “Bunun necə başladığını və haradan başladığını anlamaq vacibdir. İndiki məqamda qlobal iqtisadiyyatın bərpasına diqqət yetirilməlidir. İttihamların zamanı sonra gələcək”.

Dİgər xəbərlər