17:00
11 Aprel 2020

Bu şəhərdə koronavirusa yoluxanların yarısının yaşı 45-dən aşağıdır


Son sutka ərzində Moskvada yeni növ koronavirusa yoluxanların yarısı 45 yaşdan aşağı olanlardır.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, son sutka ərzində Rusiya paytaxtında 1030 koronavirusa yoluxma qeydə alınıb.

Yeni yoluxanların 47,5 faizinin yaşı 18-45, 35,5 faizinin yaşı 46-65, 8 faizinin yaşı 66-80, 4 faizinin yaşı isə 80-dən yuxarı olanlardır. Son sutka ərzində COVID -19-a yoluxanların 5 faizini isə uşaqlar təşkil edir.

Qeyd edək ki, Moskvada hazırda 8852 nəfər koronavirusa yoluxmuş xəstə var.

Dİgər xəbərlər