Bakıda motosiklet qəzaya uğrayıb, xəsarət alanlar var - FOTO
09 aprel 2020 23:15 (UTC +04:00)

Bakıda motosiklet qəzaya uğrayıb, xəsarət alanlar var - FOTO

 

Nərimanov rayonunda yol nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Ağa Nemətulla küçəsində qeydə alınıb. 1991-ci il təvəllüdlü Əhmədzadə Lamiyyə Əsgər qızı yolun piyadalar üçün müəyyən edilməmiş hissəsində keçərkən onu motosiklet vurub. Hadisə nəticəsində motosikletin sürücüsü və piyada xəsarətlər alıb. Piyada L.Əhmədzadə sağ baldırın sınığı diaqnozu ilə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

# 1301
avatar

Oxşar yazılar