Aprelin sonunadək İtaliyada qadağalar yumşaldıla bilər
09 aprel 2020 13:20 (UTC +04:00)

Aprelin sonunadək İtaliyada qadağalar yumşaldıla bilər


İtaliyada koronavirusun yayılmasının qarşısını almaq üçün tətbiq olunan bəzi qadağa və məhdudiyyətlər aprelin sonunadək aradan qaldırıla bilər.
APA-nın xəbərinə görə, bu barədə İtaliyanın Baş Naziri Cüzeppe Konte BBC-yə müsahibəsində deyib.

Baş Nazir bildirib ki, epidemiyanın yayılma sürətinin azalması buna imkan verə bilər: "Biz fəaliyyətlərini təkrar bərpa edə biləcək sektorları seçməliyik. Elm adamları da bunu təsdiqləsələr, bu ayın sonunadək bəzi qadağaları yumşaltmağa başlaya bilərik".

C. Konte bir dəfəyə bütün qadağaların ləğv edilməyəcəyini və martın 9-dan tətbiq edilən karantin tədbirlərinin tədricən aradan qaldırılacağını vurğulayıb.

# 845
avatar

Oxşar yazılar