“Hər şey müqayisədə çox gözəldir" - Hikmət Hacıyev
08 aprel 2020 18:01 (UTC +04:00)

“Hər şey müqayisədə çox gözəldir" - Hikmət Hacıyev

“Hər şey müqayisədə çox gözəldir, hər şeyə müqayisədə baxılmalıdır”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında 190 manat yardımın nə dərəcədə yetərli olması ilə bağlı sualı cavablandıran Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H. Hacıyev qeyd edib ki, bütün dövlətlərdə bu tədbirlər həyata keçirilmir: “Biznesə, məşğulluğa dəstəklə bağlı 2,5 milyard manat ayrılıb. Vəziyyət qiymətləndirilir, buna uyğun da addımlar atılır”.

# 1152
avatar

Oxşar yazılar