486
17:39
08 Aprel 2020

"Beynəlxalq ictimaiyyət Qarabağda keçirilən “seçkilər”i tanımadı" - Hikmət Hacıyev

“Beynəlxalq ictimaiyyət Azərbaycanın işğal altında olan torpaqlarında keçirilmiş “seçkilər”i tanımadı”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi − Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, qanunsuz “seçkilər”lə bağlı 120 dövlət Azərbaycanın suverenliyini dəstəkləyib.

H. Hacıyev qeyd edib ki, koronavirus pandemiyasının yayıldığı dövrdə bu cür “seçkilər”in keçirilməsi açıq şəkildə Ermənistan və qondarma rejimin xislətini bir daha göstərib: “Koronavirusa baxmayaraq, onlar öz çirkin oyunlarını davam etdirib, qondarma “seçki şousu” etdilər. Bu, onların çirkin niyyətini qabarıq şəkildə göstərdi”.